Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar 24-29 aprel tarixlərində 1, 6, 7, 8, 132-134, 160 nömrəli ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə gerçəkləşəcək.