Repititorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər:
"Repetitorluq sahibkarlıq fəaliyyətidirsə, onun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz onu dəyərləndirək".