Ali təhsil müəssisələri çox dar profilə sahibdir.
Qaziler.az Apa-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart ve təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasındakı çıxışında deyib.
Nazir qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra proseslər dəyişməlidir.
“2026-cı ilə qədər bu məsələ ilə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələlərə”,- deyə nazir əlavə edib.