DİM-in yeni binasının istifadəyə veriləcəyi vaxt açıqlanıb

DİM-in yeni binasının istifadəyə veriləcəyi vaxt açıqlanıb backend

Yeni binanın növbəti tədris ilinin əvvəllərində (sentyabr-oktyabr ayları) istifadəyə verilməsi gözlənilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

"Orada kütləvi olmayan, daha az sayda iştirakçı qatılan imtahanların keçirilməsi nəzərdə tutulur. Konkret imtahan növləri barədə gələcəkdə məlumat veriləcək", - deyə qeyd edilib.

 

Xatırladaq ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mərkəz üçün 800 nəfərlik iş yeri olan bina inşa olunduğunu bildirib.

"Həmin binada bütün sınaq imtahanları, 1000-1500 nəfərin iştirak etdiyi imtahanlar kompüterlə keçiriləcək. Bölgələrdə də belə şərait yaradıldıqdan sonra imtahanları kağız formatından kompüterə keçirmək mümkün olacaq", - deyə M.Abbaszadə əlavə edib.

Diaspora