Psixoloq açıqlama verdi

Psixoloq açıqlama verdi backend

Uşaqlar necə müraciət etsin; sən yoxsa siz...

Rusdilli bir insan üçün "sən" və "siz" müraciətlərində təkcə leksik deyil, həm də psixoloji məna var. Bu barədə Uşaq, Ailə və Təhsilin Öyrənilməsi İnstitutunun psixoloqu, aparıcı elmi işçisi Anna Boyarintseva bildirib.

“Biz hər hansı bir insana “siz” deyə müraciət edəndə buna hörmət, onun statusunun tanınması ilə yanaşı, münasibətlərimizdə iyerarxiyanı da fərqləndiririk. Bir çox Şərq mədəniyyətlərində istisnasız olaraq bütün yaşlı qohumlara “siz” deyə müraciət etmək hələ də adətdir. Və, məsələn, ingilis dilində, əksinə, belə bir bölgü demək olar ki, tamamilə yoxdur "deyə psixoloq şərh edir.

Anna Boyarintseva qeyd edir ki, Rusiyada bir uşaq ən çox uşaq bağçasında ilk dəfə "siz" nəzakətli müraciət forması haqqında eşidir, çünki ölkəmizdə müəllimlərə ad və ata adları ilə müraciət etmək adətdir.

Ekspertin fikrincə, “siz" müraciət formasından  istifadə uşaqlara onun yaxın ətrafına, məsələn həmyaşıdlarından fərqlənən böyükləri müəyyən etməyə kömək edir. Bununla belə, psixoloq ailə adət-ənənələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır: “Ola bilsin ki, yaşlı ailə üzvlərinə və qohumlara  “siz" deyə müraciət edillməməsi ailədə münasibətlərin pozulmasından və potensial hörmətsizliyin baş verməsindən xəbər verər.  Bununla yanaşı yaşlı ailə üzvünə müraciət edərkən “sən” demək münasibətlərdə açıqlığı və etibarı nəzərdə tuta bilər.

QAZİLER.AZ

 

Diaspora