Qazi Turan Xudiyevin övladı qalib oldu

Qazi Turan Xudiyevin övladı qalib oldu backend

Bakıda Azerobot turniri keçirildi

Balaxanı İdman Kompleksində 6-16 yaşlı uşaq və yeniyetmələr arasında Bakı şəhəri üzrə Azerobot turniri keçirilib. Turnirdə Azerobot Education tədris mərkəzinin tələbəsi Xudiyev Sübhan 3-cü yerin qalibi olub. O, tədris mərkəzində Aynur Hümbətovadan robot texnika mühəndisliyinin sirlərini öyrənir. Turnirin 8 yaşlı qalibi Bakı şəhəri 13 saylı məktəbin 2-ci sinif şagirdidir.

Xatırladım ki, Sübhan Xudiyev Qazi Turan Xudiyevin övladıdır. Turan Xudiyev 3-cü qrup Vətən Müharibəsi Qazisidir, Vətən Uğrunda medalı, Cəbrayılın azadlığı uğrunda, Füzulinin azadlığı uğrunda, Qubadlının azadlığı uğrunda medalı və Azərbaycan Ordusunun 95 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif olunub.

"Qazilər.az" saytı adından Qazimizi və övladını təbrik edirik.

Sevinc Muradxanlı

Diaspora