Bakıda 68 məktəbdə operativ monitorinqlər keçirilib

Bakıda 68 məktəbdə operativ monitorinqlər keçirilib backend

Bu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

Diaspora