Polşada imtahansız universitet: oxu, işlə, yaşa...

Polşada imtahansız universitet:  oxu, işlə, yaşa... backend

Xarici ölkələrdə oxumaq, həm də yaşamaq arzusunda olan bir çox gənc müxtəlif ölkələrin universitetlərində təhsil almağa can atır. Təhsil imkanları geniş olan Polşa isə tələbələrə imtahansız universitetdə təhsil almaq imkanı təklif edir.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Polşa universitetlərinin əksəriyyəti siyahıda ilk 1000-liyə daxildir. Bu, təhsildəki nailiyyətlərin göstəricisində də özünü göstərməkdədir.

Burdakı universitetlərin ən böyük üstünlüklərindən biri imtahanlara girmədən Polşada təhsil almaq imkanının olmasıdır. Büdcə baxımından əlverişli ölkə olan Polşada tələbə ola-ola işləmək imkanı da var. Tələbə kimi bütün günü işləmək gündəlik xərcləri əhəmiyyətli dərəcədə azaldır. Əgər bakalavr və magist təhsilinizi də Polşada davam etdirmək istəsəniz, bitiridikdən sonra iş taparaq orada yaşaya da bilərsiniz.

Beləliklə, Avropanın ən çox üstünlük verilən ölkələrindən biri olan Polşa hər il əcnəbi tələbələrin maraq göstərdiyi məkana çevrilib.

QAZİLER.AZ

loading...
Diaspora