Azərbaycan-Türkiyə Universitetinin təsis olunması ilə bağlı işlər görülür - Nazirlik

Azərbaycan-Türkiyə Universitetinin təsis olunması ilə bağlı işlər görülür -  Nazirlik backend

Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis olunması ilə bağlı müvafiq işlər görülür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub.

 

Səfər zamanı ATU-nun təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.

Qeyd edək ki, Türkiyədə 204, Azərbaycanda isə 51 universitet fəaliyyət göstərir.

Diaspora