Məktəblərdə tənəffüs vaxtı uzadılır? - Nazir AÇIQLADI

Məktəblərdə tənəffüs vaxtı uzadılır? -  Nazir AÇIQLADI backend

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, nazir keçirdiyi brifinqdə qeyd edib ki, məsələ barədə təkliflərə baxıla bilər:

“Bu barədə məktəb rəhbərliyi ilə valideynlər qərara gələ bilərlər. Direktor fikirləşsə ki, bu məsələni tənzimləmək olar, o zaman bununla bağlı məsələyə baxıla bilər”.

Nazir bildirib ki, məktəblərdə tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin orada qalma müddətinin uzanmaması üçündür.

Diaspora