Bu tarixdən məktəblilərin payız tətili başlayır

Bu tarixdən məktəblilərin  payız tətili başlayır backend

“Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”nə əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Qaziler.az xəbər verir ki, məktəblilərin tədris ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.

Beləliklə növbəti həftə 16 noyabr tarixindən məktəblilərin payız tətili olacaq.

Diaspora