Prezident İlham Əliyev bu gün müasir, inkişaf etmiş Azərbaycanın qurucusudur və 30 ildən sonra tarixi qələbə ilə xalqımızın Qarabağa qayıdışını təmin edib.
Apa xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb və bu istiqamətdə kompleks yanaşmaya, fundamental tədqiqatlara ehtiyac var:
“Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Qarabağ” adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formada əks olunması doğru yanaşma deyil. Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiyə” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq”.