Saç rəngini dəyişmək, qısa və dar geyinmək qadağan olunacaq - Məktəblərlə bağlı yeni QAYDALAR

Saç rəngini dəyişmək, qısa və dar geyinmək qadağan olunacaq -  Məktəblərlə bağlı yeni QAYDALAR backend

Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. 

Nazirlikdən verilən məlumata görə, hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. 

Təlimatda qeyd edilib ki, təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.

Eyni zamanda, şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Eyni zamanda, çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal. Ümumi təhsil müəssisələrin yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar.  
 
Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir.
 
Sənədlər bu gündən etibarən iki həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.

Təlimat barədə buradan tanış ola bilərsiniz. 

Diaspora