Azərbaycanda 1500 bağçada monitorinq keçirilib, nöqsanlar aşkarlanıb

Azərbaycanda 1500 bağçada monitorinq keçirilib, nöqsanlar aşkarlanıb backend

“Aparılan monitorinqlər nəticəsində məlum olub ki, bağçada uşaq olmasa da, adı siyahıda olanlar olub”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonrakı müddətdə 1700 bağçanın 1500-də monitorinq keçirilib:

"Görürdük ki, orada təqdim olunan tədris məzmunu çoxunda oxşardır. Həll olunmalı bir neçə məsələ var idi. İlk məsələ uşaqların məlumatlarının
vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı
çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir".

Şöbə müdiri bildirib ki, Bakı, Abşeron və Sumqayıt üzrə bağçalara qeydiyyatla bağlı müəyyən problemlər var: "Boş yerlərin sayı ilə qeydiyyata düşmək istəyənlərin sayında ciddi fərq var. Belə ki, Bakıdakı bağçalar üçün təxminən 6000-ə yaxın boş yer olsa da, 30 minə yaxın valideyn müraciət edir. Bəzən yer var, ancaq sistemdə görünmür. Bu kimi hallarla da rastlaşırıq. Bölgələr də var ki, boş yer təqdim olunsa da, ancaq qeydiyyatdan vəmi bir-iki nəfər keçib. Təqvim ilinin sonuna sıxlıq, yer ehtiyacı məsələsində inanırıq ki, yaxşı mənzərəyə nail olacağıq. Yeni bağça qruplarının açılması məsələsinə də baxılacaq".

Diaspora