Xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb backend

"Xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb".

Qaziler.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, III qrupa imtahan verən istedadlı gənclər həmin məktəbləri seçirlər: "Orada əsas kontingent 500 baldan yuxarı nəticə göstərən oğlanlardır. Heç kimi məcburi hansısa ixtisasa göndərmək olmaz. Onlar öz sahələrini istəyərək seçirlər. Ali hərbi məktəblərdə də oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Bu cür vacib ixtisaslara savadlı insanların maraq göstərməsi müsbət haldır".

Diaspora