"500-dən çox bal toplayıb tələbə olmayanlar var" - Məleykə Abbaszadə

"500-dən çox bal toplayıb tələbə olmayanlar var" - Məleykə Abbaszadə backend

"Bu il də 500-dən yüksək bal toplayıb ali məktəbə qəbul olmayan abituriyentlər olub".

Qaziler.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu say elə də çox olmasa da, I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent kənarda qalıb: "IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent ixtisas seçimi zamanı tibb sahəsi üzrə yalnız bir ixtisas yazdığı üçün ali məktəbə daxil ola bilmir. Halbuki Azərbaycan Tibb Universitetində yeni açılan ixtisaslar var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar".

M.Abbaszadə bildirib ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub: "Hansı ki, həmin ixtisasın keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub. Bu, o deməkdir ki, gənclərimiz müasir ixtisaslar barədə məlumatlıdırlar və düzgün addım atırlar".

Diaspora