Müəllimlərin sertifikasiyasında şəhid ailəsi üzvlərinə güzəşt olacaq?

Müəllimlərin sertifikasiyasında şəhid ailəsi üzvlərinə güzəşt olacaq? backend

Hazırda sertifikasiya prosesində şəhid ailələri üzvlərinə güzəşt nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, şəhid ailələri üzvlərinə hər zaman elm və təhsil sahəsinə güzəştlər edilir.

 

“Lakin sertifikatlaşdırma prosesində hər hansı bir statusun nəzərə alınaraq, güzəşt edilməsi düzgün deyil”, - deyə nazir əlavə edib.

Diaspora