Nazirlər Kabineti “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.
Trend-in məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.
Bundan başqa Nazirlər Kabineti “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Qərarla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsi təsdiqlənib.