Təhsil naziri valideynlərə çağırış etdi - VİDEO

Təhsil naziri valideynlərə çağırış etdi - VİDEO backend

Birmənalı şəkildə anlamalıyıq ki, təhsilin bütün mahiyyəti şagirddir. Bu mənada istər valideynlər, istər müəllimlər, istərsə də şagirdlərin dostları başa düşməlidirlər ki, hər bir faciə bizə nəyisə öyrədir.

Bu sözləri təhsil naziri Emin Əmrullayev bugünkü mətbuat konfransında qəbul imtahanından aşağı bal yığan abituriyentlərin intihara əl atması barədə danışarkən deyib.

O bildirib ki, təkcə aşağı baş yığanlar deyil, maksimum bal toplamaq istəyən, ancaq buna bir neçə balı çatmayan abituriyentlərin də depressiyaya düşməsi halı olur:

“Valideynlər öz övladlarına anlayışla yanaşmalıdırlar. Həyatın mənası ali təhsil müəssisəsinə qəbul olmaqda deyil. Ailə və ya məktəbdə uşaqları psixoloji təyziqə məruz qoyma halları qəbuledilməzdir. Hər bir kəsin öz övladına dəstək olması onun valideynlik borcudur”.

Axar.az

Diaspora