Sentyabrda məktəblər yoluxmaya görə qapanacaq? - AÇIQLAMA

Sentyabrda məktəblər yoluxmaya görə qapanacaq? - AÇIQLAMA backend

Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir.

Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyi ilə bağlı sual maraqlandırır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb. Ekspert bildirib ki, indidən məktəblərin açılmayacağını söyləmək olmaz:

“Koronavirus həm insanların sosial həyatına, həm də sağlamlığına mənfi təsir etdi. Ölkəmiz ən şiddətli dalğaların öhdəsindən gələ bildi. Artan koronavirus xəstələrinin sayına görə qapanmalar və s. oldu. Amma koronavirusdan daha çox təsirlənən təhsil sahəsidir. Dünyada, ölkəmizdə koronavirusa yoluxma sayı artır”.

E.Süleymanovun sözlərinə görə, yoluxma artarsa, Operativ Qərargah müvafiq addımlar ata bilər:

“Əgər artım bu cür davam edərsə, Operativ Qərargah şagirdlərin sağlamlığını əsas tutaraq doğru qərarı verər. Onu da qeyd edim ki, iki il məktəbdən uzaq qalma şagirdlərin psixologiyasına çox təsir etdi. Məktəbdən uzun müddətli uzaq olmaq dərsin keyfiyyətinin aşağı düşməsinə, uşaqların diqqət probleminin pozulmasına gətirib çıxardı. Yoluxma sayı kəskin artmazsa, məktəblər açılmalıdır. Məktəblərin açılmaması ən son addım olmalıdır. Şəxsən onlayn tədrisə keçilməsini, məktəblərin bağlanmasını mən yaxşı qiymətləndirmirəm”.

loading...
Diaspora