Direktor vəzifəsinə işə qəbul imtahanının vaxtı açıqlandı

Direktor vəzifəsinə işə qəbul imtahanının vaxtı açıqlandı backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi 15 iyul saat 10:00-da keçiriləcək.

İdarədən verilən məlumata görə, imtahan Bakı şəhəri 20 nömrəli məktəb-liseyin (ünvan: Yasamal rayonu, Parlament prospekti 7/11) inzibati binasında təşkil olunacaq.

Şagird sayı 500-dək olan məktəblərə vakant direktor vəzifəsi üzrə işə qəbul olmaq istəyən 120 nəfər BŞTİ-yə sənəd verib. İdarə tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirildikdən sonra 84 namizədin müsabiqənin test imtahanı mərhələsində iştirakı mümkün hesab edilib.

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığınının cavablandırıması üçün 80 dəqiqə vaxt veriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

Qeyd edək ki, ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.

loading...
Diaspora