Abituriyentlər riyaziyyat fənni üzrə niyə zəif nəticə göstərir? - DİM sədri səbəbləri açıqladı

Abituriyentlər riyaziyyat fənni üzrə niyə zəif nəticə göstərir? -  DİM sədri səbəbləri açıqladı backend

Abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəbləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Report"un sualına cavab olaraq bildirib ki, həmin fənn üzrə aşağı nəticə göstərilməsi necə var idisə, yenə də eyni vəziyyət qalıb.

Onun sözlərinə görə, yəni riyaziyyat fənni üzrə vəziyyət pisləşməyib: “Sadəcə, Azərbaycan dili və ingilis dilində müşahidə etdiyimiz müsbət tendensiyanı bu fəndə görmürük. Müəllimlərin özlərinin yeni proqramla əlaqədar qiymətləndirmə alətləri ilə işləməyi, məktəbdə tətbiqi, dərsliklərdə ola bilsin hansısa problemlər və s. hamısı ümumi səbəblər sırasındadır. Hər bir sahə ilə bağlı əlavə araşdırmalar aparmaq lazımdır. Məsələn, 10-15 il bundan əvvəl görürdük ki, sadə mövzu imtahana düşəndə abituriyentlər pis cavab verirdi.

Araşdırmalarımız onu göstərdi ki, həmin mövzunu üçüncü rübün sonunda və ya 4-cü rübə keçəndə müəllimlər ənənəvi olaraq şagirdlərə məktəbdaxili qiymətləndirilməsi prosesində ev tapşırığı kimi həvalə edirdilər. Çünki üçüncü rübün axırıdır və müəllimlər qiymətləndirmə ilə məşğuldurlar. Təbii k, şagirdlər də evdə həmin mövzuya ötəri baxırlar. Sonra da şagird həmin mövzu imtahana düşəndə zəif nəticə göstərirdi. Halbuki həmin mövzu rübün sonunda izah olunmalı idi, ancaq çox zaman olunmurdu. Belə məsələlər olurdu və zamanla aradan qaldırılır. Məsələlərə səthi yanaşmalar kifayət qədərdir”.

Diaspora