Şəhid ataların məzun övladları - FOTO

Şəhid ataların məzun övladları -  FOTO backend

Bu gün torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidova,  baş gizir Paşa Mehdiyevin oğlu Etibar Mehdiyev, MAXE Əlzamin İsgəndərovun oğlu Abbas İsgəndərli və baş leytenant Ceyhun Niftəliyevin oğlu Nihad Niftəliyev, polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə, baş leytenant Hikmət Səfərovun oğlu Anar Səfərov məzun olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Qarabağın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidova məzun oldu.

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidlərimiz baş gizir Paşa Mehdiyevin oğlu Etibar Mehdiyev, MAXE Əlzamin İsgəndərovun oğlu Abbas İsgəndərli və baş leytenant Ceyhun Niftəliyevin oğlu Nihad Niftəliyev məzun olan şagirdlər arasındadırlar.

Vətən uğrunda canını fəda edən Şəhidlərimiz polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə, baş leytenant Hikmət Səfərovun oğlu Anar Səfərov da məzun oldu.

 

Gənclərimizə uğurlar arzulayırıq! Şərəfli ömür yolu keçmiş atalarına və Vətənə layiq övlad olacaqlarından əminik.

QAZİLER.AZ

loading...
Diaspora