MİQ imtahanının tarixləri barədə yayılan qrafik səhvdir - RƏSMİ

MİQ imtahanının tarixləri barədə yayılan qrafik səhvdir -  RƏSMİ backend

Sosial şəbəkələrdə və mediada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarixlər yayılıb. Bildiririk ki, təqdim olunan imtahan qrafikləri 2019-cu ildə keçirilən müsabiqəyə aiddir və həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, cari il üzrə keçiriləcək müsabiqənin imtahan tarixləri imtahandan ən azı bir həftə əvvəl namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

"Daha dolğun və doğru məlumatlar əldə etmək üçün vətəndaşlara Təshil Nazirliyinin və İnsan Resurlsarı Mərkəzinin rəsmi sosial media hesablarını izləmək tövsiyə olunur”,- deyə əlavə edilib.

Diaspora