DİM-dən imtahandan qeyri-məqbul qiymət alanlara MÜRACİƏT

DİM-dən imtahandan qeyri-məqbul qiymət alanlara  MÜRACİƏT backend

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, mtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Diaspora