Təhsil Nazirliyindən Əlifba bayramının keçirilməməsi məsələsinə aydınlıq gətirilib.
APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artıq şagirdlər əlifbanı məktəbəhazırlıq dövründə öyrənməyə başlayırlar.
"I sinfin I yarımilinə qədər şagirdlər əlifbanı öyrənib bitirdikləri üçün artıq bir neçə ildir may ayında Əlifba bayramı keçirilmir" - deyə o qeyd edib.