DTX-nin Akademiyasında tədris olunan ixtisas digər ali məktəblərdə də olacaq

DTX-nin Akademiyasında tədris olunan ixtisas digər ali məktəblərdə də olacaq backend

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Akademiyasında tədris olunan "İnformasiya təhlükəsizliyi ixtisası" digər ali məktəblərdə də tədris ediləcək

Bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bu ixtisas bu ildən 3, gələn ildən isə 11 ali təhsil müəssisəsində olacaq.

"Burda keyfiyyəti təmin etmək üçün DTX-nin əməkdaşları və beynəlxalq ekspertlərlə birlikdə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik", - deyə nazir əlavə edib.

Diaspora