İşğaldan azad edilmiş ərazilərdə dağıntıya məruz qalmış təhsil müəssisələri də var. Həmin ərazilərdə 993 təhsil müəssisəsi mövcud olub ki, onlar da eynilə tarixi abidələrin aqibətini yaşayıb, dağıdılıb.
Apa xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı qeyd edib.
Nazir müavini onu da qeyd edib ki, azad edilmiş ərazilərdə 74 məscid, 800-dən çox qəbiristanlıq dağıdılıb, məhv edilib.