I qrup üzrə dövlət sifarişli yerlərin sayı artıb

I qrup üzrə dövlət sifarişli yerlərin sayı artıb backend

“Bizdə ilkin sənəd verənlərin sayı 98 minə çatıb”.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

O bildirib ki, üçüncü qrup üzrə 18 min sənəd verən var: “Dördüncü qrup üzrə 4 364 nəfər sənəd verib. Ən kəskin mübarizə elə bu qrupdadır. Bu qrup üzrə sənəd verənlərin tam yarısı 184 baldan aşağı nəticə göstərib. Bu, indi yaranan müsabiqə vəziyyətidir”.

Məleykə Abbaszadə qeyd edib ki, bu il dəqiq ikinci cəhd olacaq: “I qrup üzrə təxminən 7% artım var, III qrup üzrə sənədlərin sayı isə 5,3 % artıb. I qrup üzrə dövlət sifarişli yerlərin sayı da artıb, II qrup üzrə dövlət sifarişli yerlərin sayı isə azalıb. Bu da bəzi ixtisasların III qrupa keçməsi ilə əlaqədardır. Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş rəqəmlərdir. Müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə olduğu kimi daha gərgin olacaq”.

Diaspora