Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA

Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? -  AÇIQLAMA backend

“Buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər. Burada hansısa hüquqi tələb yoxdur”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanında iştirak edənlərin 67 min 131-i ali məktəblərə də sənəd verib: “Onların nəticələrini təhlil edəndə görürük ki, 200 baldan yuxarı nəticə göstərən 10 mindən çox şagird var. Amma qruplarda bu rəqəmlər fərqlidir”.

Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür. (report)

Diaspora