DİM: Dövlət sifarişli plan yerlərinin sayı artırılacaq

DİM: Dövlət sifarişli plan yerlərinin sayı artırılacaq backend

“Buraxılış imtahanında az bal toplayanlar da ali məktəbə sənəd verə bilərlər”.

 

Apa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

 

O qeyd edib ki, iki imtahanda da iştirak edənlərin 67131-i ali məktəbə sənəd verib: “100 baldan çox nəticə göstərən 10 mindən çox şagird var. 1-ci qrupda 16 % 200 baldan yuxarı nəticə göstərənlərdir. Bu da 4500 nəfərdir. Burada əvvəlki illərin məzunlarının nəticələri öz əksini tapmayıb. Amma bu nəticələr də ümumi mənzərəyə təsir göstərməyəcək. Çünki onlar əvvəlki illərdə qəbul olmayıblar. Dövlət proqramında olan ümumi yerlər hələ hökumət tərəfindən təsdiq olunmayıb. Bizə işçi qaydada verilən məlumatlardan görürük ki, 4% plan yerləri artıb, dövlət sifarişli isə 3% artım olacaq”.

Diaspora