Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüfü yazırlar.
"50 baldan aşağı olan nəticələr orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər, amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. Hər il buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə imtahanların çətin olması səbəbindən uşaqların bal toplaya bilməməsi görüntüsünü yaratmağa çalışırlar", - deyə o bildirib.