Təhsil naziri son zamanlar məktəblərdə qeydə alınan xoşagəlməz hallara münasibət bildirib.
"Report"un məlumatına görə, nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında xatırladıb ki, 1 milyon 600 min şagird təhsil alan məktəblərdə yəqin hər gün hansısa xoşagəlməz hadisə baş verəcək.
"Biz yanlız bu kimi hadisələrin qarşısını almaq haqqında danışa bilərik. Təbii ki, bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Əgər hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı məsələyəə gəlincə, bununla əlaqəli mütəmadi şəkildə ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən iş aparılmalıdır. Təəssüf ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə iki nəfər arasında konflikti hər gün müşahidə edəcəyik" - nazir əlavə edib.