Bu il məktəblərdə "Son zəng" keçiriləcək? - Nazirdən açıqlama

Bu il məktəblərdə "Son zəng" keçiriləcək? -  Nazirdən açıqlama backend

Təhsil naziri Emin Əmrullayev bu tədris ilinin sonu üçün məktəblərdə "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi barədə danışıb.

"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə danışmaq tezdir.

O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var:

"Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, "Son zəng" tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir".

Diaspora