Dövlət İmtahan Mərkəzi Nazirlər Kabinetinin martın 5-də verdiyi qərarla bir sıra məhdudiyyətlərin aradan qaldırılmasından sonra imtahanlarda ara məsafəsi məhdudiyyətinin davam etdirilib-etdirilməyəci məsələsinə aydınlıq gətirib.
Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Apa-nın sorğusuna cavab olaraq bildirib ki, abituriyentlər yenə də imtahanlarda tək-tək oturdulacaq:
“Sinif otaqlarının həcmini nəzərə alsaq, yenə də bir otaqda əsasən 12-15 şagird əyləşdiriləcək. Burada əsas prinsip iştirakçıların tək-tək əyləşdirilməsidir. Bundan sonrakı imtahanlarda da bu prinsipə riayət ediləcək" - DİM rəsmisi qeyd edib.