I qrup üzrə ali məktəblərə qəbul qaydaları niyə dəyişdirildi? - Rəsmi açıqlama

I qrup üzrə ali məktəblərə qəbul qaydaları niyə dəyişdirildi? -  Rəsmi açıqlama backend

Nazirlər Kabineti ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilməsinə aydınlıq gətirib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu dəyişiklik “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Sistemlər mühəndisliyi” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin informatika fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib.

Təklif edilmiş dəyişiklik “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınıb və I ixtisas qrupuna daxil olan ixtisasların riyaziyyat-kimya (RK) və riyaziyyat-informatika (Rİ) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Diaspora