Bu şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Bu şagirdlərin elektron yerdəyişməsi dayandırılır backend

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Diaspora