"Buraxılış imtahanında ilk dəfə iştirak edənlər bunun üçün hər hansı ödəniş etmirlər. Onların ödənişi dövlət tərəfindən ödənilir".
Qaziler.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib. Onun sözlərinə görə, eyni zamanda qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi üçün ilk dəfə imtahan verənlər də ödəniş etmirlər.
X. Xanlarzadə deyib ki, buraxılış imtahanları martın 5-6-da və 12-13-də həyata keçiriləcək:
"Güman edirəm ki, buraxılış imtahanlarının nəticəsi aprel ayının 1-nə qədər elan olunacaq" - o deyib. (Apa)