Valideynlər və şagirdlər yayılan xəstəlikdən sui-istifadə edərək evdə qalmaq istəyirlər. Bəzən müəllimlərin də bu hallara şərait yaratdığını görürük.
Bunu təhsil eksperti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
"Biz bilirik ki, bu xəstəlik bir həftəlikdir, yüngül keçirilir:
Onsuz da mövsüm ilə əlaqəli infeksion xəstəliklər də mövcuddur. Təəssüf ki, müəllimlərin bu vəziyyətə şərait yaratmasına səbəb son günlər məktəblərdə baş verən xoşagəlməz hadisələrdir. Düşünürlər ki, məktəb olmasa, əyani təhsil olmasa belə risklər də aradan qalxmış olar.
Eyni zamanda məlum məsələdir ki, distant təhsilə keçirildikdə müəllimlərin əmək haqqının ödənilməsi qaydalarına heç bir dəyişiklik olunmur. Hətta praktikada bəzi bölgələrdə müəllimlər distant təhsilə keçirildikdən sonra tədris verməsələr də onların əmək haqlarında heç bir tutulma baş verməmişdi. Bu da bəzi müəllimlərdə ciddi şəkildə sui-istifadə hallarına yol açıb, təəssüf ki”. (moderator.az)