“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub”.
Apa xəbər verir ki, bunu Təhsil Nazirliyində Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, ölkədə 70 minə yaxın sinif komplekti var və gündə 350 min dərs keçirilir:
"Bu halda müəyyən problemlərin olması qaçılmazdır. Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb, tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq”.

E. Əliyev qeyd edib ki, məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər:
“Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik məktəblərdə şagirdlərin davranışlarını tənzimləyən yeni qaydalar hazırlayacaq. Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötən ilki Müəllimlərin İşə Qəbulu İmtahanlarında uğur qazanan müəllim olublar və onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Bu il yeni işə götürüləcək müəllimlərə növbəti tədris ili başlayana, ən geci sentyabr ayının sonuna qədər sinif idarəetmə təlimindən keçirmıyi hədəfləmişik. Bəzən müəllimlərimizin bilmədən şagirdləri bullinqlərə məruz qoyduğunun şahidi oluruq”.
Şöbə müdiri əlavə edib ki, bununla bağlı nazirlik Təhsil İnstitutuna bullinqlə bağlı öyrədici materialların tədris resusrlarında artırılması istiqamətində işlər aparmaq barədə tapşırıq verib.