Yenidən nəşr olunacaq Orfoqrafiya lüğətinə 50-100 söz artırılacaq

Yenidən nəşr olunacaq Orfoqrafiya lüğətinə 50-100 söz artırılacaq backend

“Orfoqrafiya lüğəti bəzi düzəlişlər edilməklə təkrar nəşr olunacaq”.

Bunu APA-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, AMEA prezidentinin humanitar məsələlər üzrə müşaviri Möhsün Nağısoylu deyib.

O bildirib ki, yaxın zamanlarda işlərə başlanılacaq: “Lüğət mənim rəhbərliyimlə yenidən çap olunacaq. Lüğətdə elə ciddi dəyişiklik olmayacaq. Deyilən çatışmazlıqlar aradan qaldırılacaq. Çıxarılan “hörümçək” və digər sözlər lüğətə əlavə olunacaq. Lüğətdə 50-100 söz artırıla bilər. Lüğət "Elm" nəşriyyatı tərəfindən və daha çox tirajla çap olunacaq”.

Diaspora