Azərbaycanlı alim Yaponiyada ordenlə təltif olundu - FOTO

Azərbaycanlı alim Yaponiyada ordenlə təltif olundu -  FOTO backend

Bu gün Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin İqamətgahında 2021-ci il payız mövsümü ordeninin təqdim olunma mərasimi keçirilib.

APA-nın məlumatına görə, Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının müdiri Oqtay Cəlilbəyliyə təqdim olunub.

O, Azərbaycanda yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Yaponiya ilə Azərbaycan arasında dostluq əlaqələrinə töhfə verən əhəmiyyətli işlərinə görə, bu mükafata layiq görülüb.

Qeyd edək ki, Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni Yaponiya ilə dostluq əlaqələrinin inkişaf etməsində əvəzolunmaz rol oynamış xarici vətəndaşlara təqdim olunan mükafatdır.

Diaspora