Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlıq edildiyini iddia edir.
Nərgiz İsmayılova baş vermiş hadisənin təfərrüatını “Xəzər Xəbər”ə danışıb.
Sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən verilən töhmətə özünü layiq görməyən Nərgiz İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.
25 ildən artıqdır ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhətində problemlərin yarandığını deyib.
Nərgiz İsmayılova ona verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: