Məktəb direktorunun səs yazısı ilə bağlı nazirlikdən açıqlama

Məktəb direktorunun səs yazısı ilə bağlı  nazirlikdən açıqlama backend

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.

Bu barədə nazirlikdən bildirilib.

"Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Diaspora