Rus dilində təhsil alan şagirdlər 20 Yanvar barədə nə bilir? - "Ya ne znayu”

Rus dilində təhsil alan şagirdlər 20 Yanvar barədə nə bilir? -  "Ya ne znayu” backend

Rus dilində təhsil alan şagirdlər 20 Yanvar barədə nə bilir?

Qaziler.az xəbər verir ki, "EDNews" bu suala cavab tapmaq üçün Bakı şəhərinin mərkəzində yerləşən məktəblərdən birinin qarşısında, rus dilində təhsil alan şagirdlər arasında kiçik sorğu keçirib.

Sorğuda iştirak edən şagirdlərə bir sualla müraciət edilib.

“20 Yanvarda nə baş verib?”

 Sorğuya cəlb olunanlar 4-6-cı sinif şagirdləri olub və 30 şagirddən sadəcə 6-sı suala doğru cavab verib.

Sorğu zamanı şagirdlərin 14-ü hadisənin bir faciə olduğunu və ermənilər tərəfindən törədildiyini bildirib. 10 şagirdsə “ya ne znayu” deyərək hadisədən məlumatlı olmadığını qeyd edib.

EDNews “20 Yanvarda nə baş verib?” sualına şagirdlərdən gələn maraqlı cavabları təqdim edir:

Şagirdlərdən bir neçəsi suala cavab olaraq:

- “20 yanvar faciə olub. Ermənilər törədib” və “20 yanvar 1990-cı ildə rus\sovet qoşunu Bakıda qırğın törədib”.- deyə cavab veriblər.

Bəziləri isə rus bölməsində təhsil aldıqlarını bildirərək sualdan yayınmaq istəyiblər:

“Mən rus sektorunda təhsil alıram, bilmirəm”.

Hələ bu harasıdır...

Bir qisim şagird isə cavabı ilə həm təssüf, həm də təəccüb oyadıb. Belə ki, “20 yanvarda nə baş verib?” sualına  “20 yanvarda nə olub bilmirəm. Bizə ancaq dərslər keçirilir, o da çox olur. Çatdıra bilmirik. Müəllimlərim bu barədə nəsə deməyib”,- deyə müəllimlərinin bu barədə məlumat vermədiklərini deyib.

“Unutmuşam”...

Bəzi şagirdlərsə 20 yanvarı sadəcə unutduqlarını bildirib...

Sonda isə söhbətimizi maraqlı bir dialoqla başa vururuq:

Dostum, deyə bilərsənmi 20 yanvarda nə baş verib?

- Hmm. Uduzmuşuq.

- Nəyə və kimə?

- Bilmirəm, Xocalıdakı kimi, uduzmuşuq.

- Ümid edirəm ki, biz hələ sizləri uduzmamışıq övlad...

                                                                               18 yanvar, 2022-ci il, Bakı...

Diaspora