Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Təhsil Nazirliyində yeni  TƏYİNATLAR backend

Təhsil Nazirliyində bir sıra təyinatlar olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

 

Məlumata görə, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyini edilib.

 

Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsi Yaqub Piriyevə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi Ceyhun Kərəmova həvalə olunub.

 

Nicat Məmmədli və Valeh Mirzəyev nazirin müşaviri vəzifəsinə təyin olunublar.

Diaspora