Nazirdən təhsil şöbələrinin ləğvi ilə bağlı açıqlama

Nazirdən təhsil şöbələrinin ləğvi ilə bağlı  açıqlama backend

"Regional Təhsil İdarələri iqtisadi rayonlar üzrə yaradılacaq".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: "Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional Təhsil İdarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".

E.Əmrullayev vurğulayıb ki, Regional Təhsil İdarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq: "Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər. Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir".

Diaspora