189-190 saylı məktəbin direktorunun valideynlərdən pul yığmağı tələb etdiyi səs yazısına münasibət bildirilib.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva faktla bağlı araşdırmaların davam etdiyini bildirib.
"Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - deyə o əlavə edib.
Qeyd edək ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin "whatsapp" qrupunda Valideyn-Müəllim Assosiasiyalarından pul yığılması ilə bağlı göstəriş verib. Səs yazısında direktor pulu yığa bilməyən müəllimlərin vəsaiti öz hesablarına ödəməli olduqlarını deyib.