Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır - DİM sədri

Növbəti ilin buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır -  DİM sədri backend

Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixləri ilə bağlı cədvəl artıq hazırdır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur:

"Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu tədris ilində də belə bir imkan yaradaq", - DİM sədri deyib.

Diaspora