Sabiq məktəb direktoruna cinayət işi açıldı

Sabiq məktəb direktoruna cinayət işi açıldı backend

Mingəçevirdə sabiq məktəb dirketoruna cinayət işi başlanılıb.

Bu barədə "Report"a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhər 3 saylı tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı daxil olan vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən məktəbin sabiq direktoru Kəmalə Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illər ərzində məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakultativ məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakultativ məşğələ saatlarını rəsmiləşdirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Diaspora